Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu “Maşın və avadanlıqların alışı” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Unisell” MMC olub.
Şirkətlə 133 924 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 1 ədəd elektron tərəzi, 4 ədəd elektrik peçi, 8 ədəd samovar, 9 ədəd soyuducu, 22 ədəd kondisioner, 2 ədəd notebook, 14 ədəd monoblok, 16 ədəd printer, 14 ədəd UPS, 3 ədəd kağızdoğrayan, 10 ədəd telefon, 2 ədəd laminasiya, 1 ədəd növbə aparatı və 20 ədəd katric satın alınacaq.