Bakı Şəhər İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Dəftərxana və təsərrüfat xərcləri” və “Mətbəə məhsulları üzrə xərclər” paraqrafına, həmçinin “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması” nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1700109031
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18
Müsabiqənin başlama tarixi və vaxtı: 20.11.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.12.2023 15:05
Zərflərin açılış tarixi və vaxtı: 19.12.2023 10:00
Ödəniş şərtləri : 1. “Dəftərxana və təsərrüfat xərcləri” və “Mətbəə məhsulları üzrə xərclər” paraqrafına, həmçinin “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması” üçün avans ödənişi şərtləri müqaviləyə uyğun tənzimlənəcək. 2. Ödəniş nağdsız şəkildə (köçürmə yolu ilə), Azərbaycan Respublikasının milli valyutası (manat) ilə ödənilir. 3. Alınacaq malların, yerinə yetiriləcək işlərin və xidmələrin hesab–fakturası və təhvil-təslim aktı İcraçı tərəfindən Sifarişçiyə təqdim edilir.
Çatdırılma yeri : Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18
Çatdırılma müddəti : 30 dekabradək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elmina Məsimova, böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : +994124977308