Şahdağ Turizm Mərkəzi ilkin tibbi yardım xidmətinin satın alınması ilə bağlı açıq tender elan edir.
Şahdağ Turizm Mərkəzi - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı: AZ3827 Qusar rayonu Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Müsabiqənin başlama tarixi və vaxtı: 17.05.2023 19:25
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.06.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.06.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 21.06.2023 11:00
Satınalma müqaviləsi üzrə ödənişlər malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Azərbaycan, AZ3827, Qusar Rayonu, Qusar-Ləzə Avtomobil Yolunun 29-cu km
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandığı tarixdən 3 (üç) təqvim günü ərzində
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Günay Hüseynova
Email: [email protected]
Əlaqə telefonu: +994772773209
Yay mövsümü (15/06/23-15/09/23):
Həftənin I-V günləri (24 saat) - 1 nəfər feldşer, 1 nəfər sürücü (Təcili tibbi yardım maşını).
Həftənin I-V günləri (09.00-18.00 saat) - 1 nəfər tibb bacısı.
Həftənin VI-VII və bayram günləri (24 saat) - 1 nəfər ixtisaslaşdırılmış həkim (travmatoloq və ya reanimatoloq), 1 nəfər feldşer, 1 nəfər sürücü (Təcili tibbi yardım maşını).
Həftənin VI-VII və bayram günləri (09.00-18.00 saat) - 1 nəfər tibb bacısı.
Mövsümarası (15/09/23-15/12/23):
Həftənin I-VII günləri (09.00-18.00) - 1 nəfər feldşer, 1 nəfər sürücü (Təcili tibbi yardım maşını).
Qış mövsümü (15/12/23-15/03/24):