Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 6 tenderə yekun vurub.
Qarabağa məcburi köçkün ailələrinin köçürülməsi bu şirkətə - HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, qalib şirkətlərlə toplamda 27 206 141 manat dəyərində müqavilələr imzalanıb.
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib :
Satınalma Predmeti |
Qalib Şirkət |
Məbləğ (AZN) |
Laçın rayonunun Zabux yaşayış məntəqəsinin sahədaxili su təchizatı, kanalizasiya və suvarma sistemləri |
“Azərsutəchizattikinti” ASC |
2 157 769 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsinin qaz təchizatı |
“Tunel-Metro Inşaat” ММC |
1 126 907 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri |
“Konsept Holding” MMC |
16 915 883 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi |
“Helind Enerji” MMC |
2 111 402 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsinin sahədaxili elektrik təchizatı |
“VS Enerji Servis” ММC |
4 160 932 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsinin sahədaxili rabitə və videomüşahidə şəbəkəsi |
“Fibernet-Telecom” ММC |
733 248 |