Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kondisioner qurğularının satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, 73 ədəd kondisioner satın alınacaq.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 0200021121
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 20.02.2024 21:51
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.03.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 14.03.2024 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elşad Rəhimov, Satınalmalar və təminat şöbəsinin mütəxəssisi
Email : [email protected]
Əlaqə telefonu : 060-521-75-66
Dövlət qurumu kondisionerlər alır – TENDER ELANI
09:53
21 Fev 2024