“Bakı Metropoliteni” QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 2024-cü il "Bakı Metropoliteni" QSC üçün kartriclərin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1402871431
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 06.11.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.11.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.12.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 08.12.2023 14:00
Ödəniş şərtləri : Müqavilə üzrə malların ödənişi, nəzərdə tutulduğu qaydada, faktiki olaraq onların Sifarişçiyə təhvil verildikdən sonra və “İcraçı”nın təqdim etdiyi sənədlərin yalnız əsli ( hesab-faktura, qaimə, akt və s sənədlər) əsasında Azərbaycan Respublikasının Qanunvericiliyində tutulmuş qaydada (ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə) aparılacaqdır.
Çatdırılma yeri : "Bakı Metropoliteni" QSC-nin anbarları
Çatdırılma müddəti : Müqavilə hər iki tərəfin imzalaması ilə qüvvəyə minir və 30.12.2024-cü il müddətinə qüvvədə qalır, zəmanət hissəsində isə zəmanət müddəti bitənədək.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə olmalıdır)
Uyğunluq haqqında məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elvin Bagirov, Satınalmaların təşkli və müqavilələr şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu : 012-490-01-01