Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən sosial ödənişlərin nağdsız formada çatdırılması məqsədilə təşkil edilən tenderin qalibi "Kapital Bank" ASC olub.
Dövlət qurumu xüsusi geyimlərə 141 min manat ayırdı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, bankla 24.560.167,8 AZN məbləğində müqavilə imzalanıb.
Tenderin məqsədi 2025-ci ilin yanvar-dekabr aylarını əhatə edən dövr üzrə icra olunacaq sosial ödənişlərin bank xidmətləri vasitəsilə təmin edilməsidir. Müqavilə çərçivəsində sosial ödənişlərin ümumi sayı 4.912.033.560 ədəd olaraq göstərilir. Bu ödənişlərin nağdsız formada alıcılara çatdırılması Kapital Bank tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, “Kapital Bank” ASC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 265 849 999.80 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Hüseynov Arif oğludur. Hüquqi ünvanı AZ1014, Bakı şəhəri Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşir.