Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində göstərilən İT xidmətlərinə dair JİRA sistemi üçün lisenziyaların satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Softgıle” MMC olub.
Qalib şirkətə 416 908 manat ödəniləcək.
Bu qiymətə müddəti minimum 2 il olan aşağıdaki lisenziyalar satın alınacaq :
1)Layihələrin idarə edilməsi platforması
2) İT xidmətlərin və insidentlərin idarəedilməsi aləti
3) Əməkdaşlıq proqram təminatı
4) Qurumdaxili real vaxt zamanında sürətli məlumat mübadiləsi üçün proqram təminatı