Ali Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati binasında İT infrastrukturunun yenilənməsi və texnoloji avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 41 milyonluq kompüter və noutbuklar alır - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” MMC olub.
Qalib şirkətlə 3 871 411 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Bestcomp Group” MMC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.