Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “İKT avadanlıqlarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Unisell” MMC olub.
Şirkətlə 473 001 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən: 3 dəst kompüter, 1 ədəd sürətli skaner, 10 ədəd hard disk daşınabilən, 4 ədəd qrafik monitor, 8 ədəd notebook - toplantı otaqları üçün, 60 ədəd kompüter - monoblok tipli, 8 ədəd switch, 6 ədəd server üçün HDD, 12 ədəd HDD (dockstation üçün), 4 ədəd server üçün RAM, 5 ədəd barkod printer, 10 ədəd barkod scaner, 30 ədəd UPS, 10 ədəd printer rəngli, 10 ədəd printer ağ qara, 10 ədəd İP video telefon, 6 ədəd monitor, 1 dəst HDMİ bölücü, 3 ədəd ağıllı İP kamera, 5 ədəd kronşteyn, 2 ədəd generator, 1 ədəd idarəetmə paneli, 1 ədəd akkumulyator, 60 ədəd GSM mobil telefon tipli əlaqə cihazı, 10 ədəd Rack kabin 9U, 10 ədəd kabel orqanayzer, 10 ədəd PDU rack mountable, 3 ədəd console kabel, 1 ədəd fotoaparat, 1 ədəd lens, 3 ədəd yaddaş kartı, 1 ədəd flash, 1 ədəd boyalı naqilli mikrofon, 1 ədəd tripod, 1 ədəd led, 1 ədəd Parabolik Softbox, 1 ədəd işıq stendi üçün tripod və 5 ədəd tablet satın alınacaq.