“Azərbaycan Sənaye Korporasiyası” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Arena” İdman Kompleksinin ərazisində mövcud olan əsas meydançanın sıradan çıxmış işıqlandırma sisteminin bərpası xidmətlərinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1305305281
Satınalan təşkilatın ünvanı: Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, “ASK VİLLA”
Müsabiqənin başlama tarixi və vaxtı: 26.12.2023 19:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
19.01.2024 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.01.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.01.2024 10:00
Ödəniş şərtləri : Podratçı tərəfindən görülən işlərdə nöqsanlar olmadığı halda təhvil-təslim aktı imzalandıqdan sonra müqavilənin ümümi dəyəri çərçivəsində podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, Forma 2, Forma 3 və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə ödəniş aparılacaqdır
Çatdırılma yeri: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 96A, 2023-cü məhəllə ünvanında yerləşən “ASK Arena” idman kompleksi
Çatdırılma müddəti : Mallar, işlər və xidmətlər Satınalma müqaviləsi imzalandıqdan sonra 14 (on dörd) təqvim günü ərzində təhvil verilməlidir
Çatdırılma şərtləri : DDP
Tenderdə iştirak etmək üçün aşağıdaki sənədlərin olması zəruridir :
Tenderdə iştirak edəcək şirkətlərin xüsusi icazəsi (lisenziya), işçi heyətinin sayı və müvafiq sahə üzrə malik olduqları sertifikatlar
İddiaçı müvafiq sahə üzrə 2 (iki) il təcrübəyə malik olmalıdır. Yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Mahir Rəcəbli, Baş mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : +994 (12) 505-95-11 (daxili - 421) və +994 (77) 277-11-06