Qida Təhlükəsizliyi İnstitutu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda AQTİ baytar həkimlərinin yoxlamaları həyata keçirən zaman istifadə etdikləri mobil qurğuların və avtomobillərdə GPS avadanlıqlarının internet paketi ilə təmin edilməsi xidmətlərinin satın alınması nəzərdə tutulub. 1 illik müddətdə 150 ədəd 30 GB Data paketinin satın alınması və 200 ədəd GPS avadanlığının data paketlə təmin edilməsi və dayanıqlığının saxlanması xidmətləri satın alınacaq.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1005379691
Satınalan təşkilatın ünvanı: Süleyman Sani Axundov küçəsi, 73C
Müsabiqənin başlama tarixi və vaxtı: 19.12.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
15.01.2024 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.01.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 24.01.2024 15:00
Ödəniş şərtləri : Sifariş verilmiş xidmətlərin (işlərin, malların) Sifarişçiyə təhvil verilməsinə dair təhvil-təslim aktı və qaimə təqdim edildikdən sonra, lakin 15 (on beş) bank günündən gec olmamaq şərtilə ən qısa müddət ərzində İcraçıya ödənilir.
Çatdırılma yeri: AQTİ
Çatdırılma müddəti : Xidmətlərin icra müddəti müqavilə imzalandıqdan sonra 12 (on iki) ay,əzindədir.
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Samirə Hüseynova, Böyük mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : 012 565 12 72 dax.524