FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2020-ci il yanvarın 22-dən 26-dək İspaniyada keçiriləcək “FİTUR” beynəlxalq turizm sərgisi üçün hədiyyəlik milli çay dəsti qutularının satın alınması məqsədilə açıq tender elan edir.
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:
AZN hesabı
Emitent
Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
SWIFT – CTREAZ22
Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
VÖEN – 1404365471
H/h – AZ53CTRE00000000000008498501
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340
Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Mehman Bayramov.
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.
Telefon- +994125058704 (əlavə 2304); Faks: +994124920592.
E-mail: [email protected]
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 18 noyabr 2019-cu il saat 17.00-a, tender təklifini və təklifin bank təminatını isə 26 noyabr 2019-cu il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 27 noyabr 2019-cu il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası