«Azərbaycan İnvestisiya Şirkəti» ASC korporativ hədiyyələrin alınması ilə bağlı kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, şirkəti elanına əsasən «Azərbaycan İnvestisiya Şirkəti» ASC hədiyyə bağlamaları (şirniyyatlar), hədiyyəlik şüşə, AİŞ loqolu bloknot və AİŞ loqolu karton çantaların kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Maraqlanan şirkətlər (012) 488 80 10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusu prosedurunda iştirak etmək üçün sənədlər 15.07.2021-ci il saat 17:00-dək qəbul olunur.