Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Ramco” QSC olub.
Şirkətlə 2 003 464 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 1 ədəd olmaqla aşağıdaki işlərin satın alınması nəzərdə tutulub :
1.Baş plan-Söküntü işləri
2.Baş plan-Şaquli planlaşdırma
3.Müvəqqəti binalar və qurğular - 0,6%: (Yalnız tikinti-quraşdırma işlərinə)
4.Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər (0,4*0,8=0,32%) (Yalnız tikinti-quraşdırma işlərinə)
5.Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər (0,4*0,8=0,32%) (Yalnız tikinti-quraşdırma işlərinə)
6.Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait ( 1%):
Qeyd edək ki, “Ramco” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rövşən Abdullayev Hüseyn oğludur. Hüquqi ünvanı Az1033, Bakı Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 19, m. 17 ünvanında yerləşir.