Bakı Metropoliteni keçirdiyi tenderin qalibini elan edib.
FED.az TENDER xəbər verir ki, Metropolitenin tenderinin qalibi fiziki şəxs Həmidov Cəfər Məhərrəm oğlu olub və onunla 21 min 245 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti Metropolitenin əlamətdar günlərdə və dövlət tədbirlərində iştirakı ilə bağlı güllərin satın alınması olub.
Dövlət qurumu güllərin alınmasına 21,2 min manat xərcləyib

16:17
14 Fev 2019