Dövlət Turizm Agentliyi uniformalar alır.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqların işçi heyəti üçün uniformaların satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Eləcə də bax: Dövlət qurumu geyim və mühafizə vasitələri alır – TENDER ELANI
1. Kotirovka sorğusunda yüksək keyfiyyətli məhsulların təchizatını təmin edən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.
2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı,Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 1323), (050) 265 81 29, faks: 492 05 92).
3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 2 dekabr 2019-cu il saat 18.00-a qədər Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə, Bakı, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 3 dekabr 2019-cu il saat 15.00-da Bаkı şəhəri, Ni-zami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyi Qo-ruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.