Dövlət Məşğulluq Agentliyi ofis icarəsi ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsinin satın alınması" tenderin qalibi Xudaqulu Əhət oğlu Rzayev olub.
Tenderin dəyəri 795 600 manatdır.
Ofis icarəsinin sahəsi 2301 kvadrat metrdir və 36 ay müddət üçün nəzərdə tutulur. Beləliklə ofis icarəsinin bir ayı 22 100 manata başa gələcək.