Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanası fərqli istiqamətlər üzrə 4 tenderin qaliblərini elan etdi.
FED.az xəbər verir ki, 13 990 manatlıq dərman və sarğı ləvazimatları və materiallarının alınması üzrə tenderin qalibi "RM Corparate" MMC olub.
36 316 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə tenderin qalibi "Reserve" MMC olub.
12 599 manatlıq tenderin qalibi dərman və sarğı ləvazimatları və materiallarının satın alınması "Paşa - K" firması olub.
253 45 manatlıq tenderin qalibi abadlaşdırma xidmətləri haqqının ödənməsi üzrə tenderin qalibi "Life Time Service" MMC - dir.
Qeyd edək ki, hər bir tender üzrə tərəflər arasında satınalma müqaviləsi bağlanılıb və tenderlərin ümumi məbləği 88 250 manatdır.