Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti “Lerik rayonunda 1 ədəd iki otaqlı, 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 5-də başlayır, tələb olunan sənədlər dekabrın 20-dək, tender təklifləri isə dekabr ayının 28-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 29-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Füzuli küçəsi, bina 69, 5-ci mərtəbəBakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065