Kənd Təsərrüfatı Nazirliyi açıq tender elan edir.
Dövlət qurumundan “İma-Energy” QSC-yə - 67 MİLYON MANATLIQ SİFARİŞ
FED.az xəbər verir ki, elanda “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin mövcud altsistemlərin təkmilləşdirilməsi üzrə bir sıra xidmətlərin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1700069791
Satınalan təşkilatın ünvanı : AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Müsabiqənin başlama tarixi və vaxtı: 02.10.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 31.10.2023 11:00
Ödəniş şərtləri : Tələb olunduğu halda satınalma müqaviləsinin dəyərinin 30 %-dən çox olmamaq şərtilə tələb olunan avansın 100 % məbləğində bank təminatı təqdim edildikdən sonra tətbiq olunur
Çatdırılma yeri : AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91
Çatdırılma müddəti : 60 gün müddətində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
--- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
– Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
– Bank rekvizitləri
– Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)(tender elanından sonrakı tarixə)
– Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (tender ealından sonrakı tarixə)
– Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış (2022-ci il üçün)
– Nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti
– Dövlət qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
– VÖEN-in notarial qaydada təsdiq edilmiş surəti
– Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
İddiaçı daxili proseslərin avtomatlaşdırılması, elektron xidmətlərin yaradılması və analoji satınalma predmeti üzrə azı 2 (iki) uğurlu layihəni icra etməsi barədə məlumat təqdim etməlidir.
Elektron Hökumət İnformasiya Sistemi infrastrukturu ilə iş təcrübəsinin olması (dövlət informasiya resurslarına inteqrasiyaların aparılmasın təmin edilməsi təcrübəsi) barədə məlumat təqdim etməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Turan Hümbətli , Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 498-89-14 (daxili: 1328)
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
“İnzibatçı Paneli” altsisteminin funksionallığına əlavə və dəyişikliklərin edilməsi: - İstifadəçi səlahiyyətlərinin idarə olunması - Müxtəlif konfiqurasiyaların idarə edilməsi üzrə təkmilləşdirmə işlərinin aparılması |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
2 |
Məlumat mübadiləsi imkanlarının genişləndirilməsi - Aidiyyəti qurumların informasiya sistemləri ilə məlumat mübadiləsi imkanlarının genişləndirilməsi - Altsistemlərlə məlumat mübadiləsi imkanlarının genişləndirilməsi |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
3 |
Embrion köçürülməsi ilə bağlı məlumatların qeydiyyatı və proseslərin elektronlaşdırılması |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
4 |
Bir fermer hesabına bağlı heyvanların digər fermer hesabına köçürülə bilməsi üçün funksionallığın yaradılması |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
5 |
Baytar müraciətinin emalı üzrə təyin edilmiş baytarın digər bir baytarla əvəzlənə bilməsi üçün funksionallığın yaradılması; |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
6 |
Heyvan məlumatlarının qeydiyyatı modulunun təkmilləşdirilməsi • məlumatların dəqiqliyinin artırılması məqsədi ilə məhdudiyyətlər və standartların tətbiq edilməsi • İribuynuzlu heyvanların axtarışı, • Verilmiş heyvan üzrə qeydə alınmış süni mayalandırma, baytar müraciətləri, habelə bütün tarixçə əməliyyatlarının təsvir olunması |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
7 |
“İstixana, taxıl elevatoru və soyuducu anbarların qeydiyyatı” altsistemində təkmilləşdirmə, təsdiq mexanizminin qurulması və uyğun hesabat cədvəllərinin tərtib edilməsi; |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
8 |
İstixanalarda aparılan əkinlər barədə məlumatların toplanması və hesabatlılığın təmin edilməsi üçün funksionallığın təkmilləşdirilməsi; |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
9 |
“Toxumçuluq” altsisteminin təkmilləşdirilməsi: • Toxumçu şəhadətnamələri üzrə vahid reyestrin yaradılması və idarə olunması; • Aprobasiya dövrlərinin idarə edilməsi üçün imkanların yaradılması; • Aprobator məlumatlarının daxil edilməsi zamanı məhdudiyyətlərin tətbiq edilməsi; |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
10 |
“Fermer müraciətlərinin qəbulu” altsisteminin təkmilləşdirilməsi; |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
11 |
Fermerin profil məlumatlarının qeydiyyatı üzrə təkmilləşdirmələr |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
12 |
“Ailə kəndli təsərrüfatı” altsistemində Bələdiyyə kabinetində səlahiyyətlər əsasında məhdudiyyətlərin tətbiq edilməsi |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
13 |
Məlumatların emalı və hesabatlılıq imkanlarının genişləndirilməsi |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |
14 |
Təlimat və digər zəruri texniki sənədlərin funksional dəyişikliklərə uyğun yenilənməsi |
ƏLAVƏ 2 (bölmə 6) |
1 |
ədəd |