DİN Daxili Qoşunlar Baş İdarəsi müxtəlif xidmətlərin və təmir işlərinin satın alınması ilə bağlı 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “2022-ci il üçün ildırımötürən qurğulara texniki qulluğun göstərilməsi xidmətlərinin satın alınması” tenderinin qalibi “Vahelcom” MMC olub.
Şirkətlə 119 959 manat məbləğində müqavilə imzalanıb.
***
“2022-ci il üçün Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbdə, Daxili Qoşunların Təlim Mərkəzində və hərbi hissələrdə əsaslı, cari, kommunal və kommunikasiya xətlərində aparılacaq təmir işlərinin satın alınması” tenderinin qalibi “İnşaat Servis-2” MMC olub.
Şirkətlə 937 858 manat məbləğində müqavilə imzalanıb.
***
“2022-ci il üçün hərbi təyinatlı xüsusi qurğuların satın alınması” təkliflər sorğusunun qalibi “Cool Vent Group” MMC olub.
Şirkətlə 446 677 manat məbləğində müqavilə imzalanıb.