İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dörd tenderə yekun vurub.
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
FED.az xəbər verir ki, bütün tenderlər “Ekspert və mütəxəssis xidmətləri”nin satın alınmasına yönəlib.
Tenderlər çərçivəsində “RSM Azerbaijan Consulting Group” MMC (VÖEN: 2003638951) ilə 260 670 manat məbləğində, “MBA LTD” MMC (VÖEN: 1301608661) ilə isə 4 080 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “RSM Azerbaijan Consulting Group” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tural Məhərrəmov Musa oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 37, mənzil 1169 ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 3 563,45 AZN vergi borcu mövcuddur.
Qeyd edək ki, “MBA LTD” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Faiq İbrahimov Nüsrət oğludur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 8A, mənzil 18 ünvanında yerləşir.
Həmçinin, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi (VÖEN: 1700243031) 5 250 manatlıq tenderin, “DA Gama Solutions” MMC (VÖEN: 2006506911) isə 930 000 manat dəyərində tenderin qalibi olub. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekpertiza” Birliyi 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı yoxdur. Şirkətin qanuni təmsilçisi Adil Hüseynov Şeyruz oğludur. Hüquqi ünvanı AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 31/33 ünvanında yerləşir.
Qeyd edək ki, “DA Gama Solutions” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin İlyas Firudin oğludur. Hüquqi ünvanı AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23, mənzil 138 ünvanında yerləşir.
Beləliklə, dörd tender üzrə ümumi satınalma məbləği 1 200 000 manat təşkil edir.