Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti üç tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, bütün tenderlərin qalibi Azdövsutəslayihə İnstitutu (VÖEN:1300359461) olub.
1. «Araz çayı boyunca sərhəd infrastruktrunun və ərazilərin sel sularından mühafizəsi tədbirləri üçün layihəsmeta sənədlərinin hazırlanması» - 225 552 manat
2.«Samur çayının Azərbaycana məxsus məcrasında təmizləmə və sahilbərkitmə işləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 206 752 manat
3. «Balakən rayonunun Mazımqara kəndi yaxınlığında sərhəd məntəqəsinini və ərazilərin Mazımçay çayının sel sularından mühafizəsi tədbirləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 34 488 manat