Gəncə Şəhər Birləşmiş Xəstəxanası "Hüquqi yardım" xidməti ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2300213451
Satınalan təşkilatın ünvanı: Gəncə şəhəri Nizami prospekti 412
Müsabiqənin başlama tarixi və vaxtı: 11.09.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:25.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 26.09.2023 10:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər)əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Gəncə şəhəri
Çatdırılma müddəti - İl sonuna dək ay ərzində
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Günel Məmmədova, Satınalma mütəxəsisi
Email: [email protected]
Əlaqə telefonu: +994554390841
Müqavilənin qüvvədə olduğu müddət ərzində Tibb müəssisəsi ilə bağlı olan məhkəmə işləri üzrə say məhdudiyyəti olmadan ərizələrinin, şikayətlərinin və vəsatətlərinin hazırlanması; Müqavilənin qüvvədə olduğu müddət ərzində Tibb müəssisəsi ilə bağlı olan məhkəmə işləri üzrə say məhdudiyyəti olmadan vəkil ilə məhkəmədə təmsilçiliyin təmin edilməsi və bununla bağlı dövlət rüsumu istisna olmaqla bütün xərclərin qarşılanması; Müəssisənin ümumi fəaliyyətinin hüquqi təminatı: - Ümumi fəaliyyətin hüquqi müşayiəti, - Daxili sənədləşməyə nəzarət, - Tərtib edilən sənədlərin hüquqi ekspertizası və risklərin müəyyən edilməsi; - Fəaliyyət sahəsinə uyğun hüquqi rəyin verilməsi; - Müqavilə, əqd və ya digər müəssisədaxili normativ sənəd nümunəsinin hazırlanması. Patent, əmtəə nişanları və müəlliflik hüquqlarının qorunması üçün müvafiq sənədləşmənin aparılması İş və müvəqqəti yaşayış icazəsinin alınmasında hüquqi dəstək Əmək, vergi və gömrük mübahisələrinin inzibati qaydada həlli Mediasiya proseslərində təmsilçilik Xarici dövlətlərin məhkəmə qərarlarının Azərbaycanda tanınması və icrasının hüquqi dəstəyi Qanunvericilik və onu tətbiq etmə praktikasının müxtəlif konseptləri ilə bağlı konsultasiyalar. Müqavilələrin hüquqi ekspertizası, danışıqlarda iştirak etmə. Məhkəmə icraçısının qaldırdığı icra etmə işlərinin (məhkəmə qərarının yerinə yetirilməsi, öhdəliklərin məcburi yerinə yetirilməsi, icra vərəqinə uyğun cərimələr, əmlaka həbsin qoyulması, əmlakın alınmasına müraciət) aparılması; Aidiyyəti əməkdaşların iştirakı təmin olunmaqla ay ərzində dəfədən az olmayaraq (konfrans zallarında) qanunvericilik aktları, onlara müvafiq əlavə və dəyişikliklər mövzusunda marifləndirici tədbirlərin keçirilməsi; Nəzarət orqanları (prokurorluq, DİN, vergi ilə münasibətlərdə nümayəndəliyin həyata keçirilməsi; Müddət - 4 ay |