Banner

Tenderlər

Dövlət qurumu dərman və dezinfeksiyaedici maddələr alır - ELAN

Dövlət qurumu dərman və dezinfeksiyaedici maddələr alır - ELAN | FED.az
08:52 14 Aprel 2020

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün baytarlıq dərman preparatlarının və dezinfeksiyaedici maddələrin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-E.Əliyev, telefon-012-569-95-10).

İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 20 aprel 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda 21 aprel 2020-ci il saat 16.00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər

Digər xəbərlər

Banner