“Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC dərman və tibbi vasitələrin satın alınması üçün təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Olimpiya küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər.
Eləcə də bax:Daxili İşlər Nazirliyi dərman alır - TENDER ELANI
Əlaqələndirici şəxs - Polad Hacıbalayev, telefon-(012)404-83-10.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 16 oktyabr 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan qiymət təklifləri baxılmadan geri qaytarılacaqdır. Qiymət təklifləri 17 oktyabr 2019-cu il saat 11.00-da Bakı şəhəri, Olimpiya küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.