Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınmasına dair açıq tender elan edir.
Azərişıq tender - ELAN EDİR
FED.az xəbər verir ki, elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər 300 (üç yüz ) manat məbləğində iştirak haqqını “ASAN ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Hesab: AZ61CTRE00000000000002088403
VÖEN: 1300498771
Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT.BIK CTREAZ22
Büdcə təsnifat kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər:
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, dövlət reyestrindən çıxarış (əgər dəyişiklik olmuşdursa, dəyişikliklə birlikdə);
- rekvizitlər;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının (mənfəət vergisinin bəyannaməsinin) surəti;
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- iddiaçının müvafiq sahədə iş təcrübəsi haqqında məlumat;
- tender təklifi (tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);
- tender təklifinin təminatı (Tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 03.06.2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə 11.06.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 14.06.2021-ci il saat 15:00-da Portal vasitəsilə açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.