Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması ilə bağlı müsabiqə elan edir.
Tikili və avadanlıqların alınması üzrə - BÖYÜK TENDER ELANI - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 3 oktyabr 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 4 oktyabr 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili:5038)