Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi xidməti zərurətlə əlaqədar polis əməkdaşlarına və mülki mühafizə xidməti işçilərinə geyim əmlakının satınalınmasının həyata keçirilməsi üçün təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, təkliflər sorğusunda iştirak etməkdə maraqlı olan təşkilatlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
2. Şirkət haqqında məlumat;
3. İddiaçının hüququ statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reystrdən çıxarış, vergi ödəyicisinin qeydiyyatı və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri;
4. Vergi orqanlarına və SMF-na borcun olub-olmaması barədə arayış;
Təkliflərin son təqdim edilməsi günü 31 mart 2021-ci il tarixədəkdir.
Təkliflər Azərbaycan dilində təqdim edilməlidir. AZ-1022, Bakı şəhəri, Mərdanov qardaşları 99A. Əlaqə telefonu: 050-271-00-48.
Bank rekvizitləri: DİN-nin Baş Mühafizə İdarəsi, VÖEN: 1400043501, Hesab N-si AZ81İBAZ38060029449301242207, ABB Nəsimi filialı, Kod: 805614, VÖEN: 9900001881, M/H: AZ03NABZ01350100000000002944, SWİFT BİK: İBAZAZ2X.