Dövlət Məşğulluq Agentliyi nəqliyyat vasitələrinin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 18.03.2022-ci il saat 15:00-a kimidir və iştirak ödənişi 450 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. 01.02.2022-ci il tarixindən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcək
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - zəruridir. 2021-ci və ya 2022-ci ildə Dövlət Vergi Xidmətindən alınmış yüklülük barədə məlumat və meyarın adında olan tələblərə dair malgöndərən (podratçı) tərəfindən rəsmi məktubla məlumat təqdim edir.
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat - dövlət Statistika Komitəsindən 2021-ci və ya 2022-ci il ərzində alınmış məktub olmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti təqdim edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rüstəm Məmmədov / satınalma mütəxəssisi
Əlaqə: [email protected] / 0559001888