“MİDA” MMC “Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Ricon” MMC olub.
Qalib şirkətlə 1 995 005 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov Rəhim oğludur. Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi , ev 22 ünvanında yerləşir.