Səhiyyə Nazirliyi “150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi (I MƏRHƏLƏ)” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC olub.
Şirkətlə 17 328 200 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “El-Seym İnşaat” QSC 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 152 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yaşar Ələkbərov Kəmənd oğludur. Hüquqi ünvanı Az1007, Bakı Şəhəri Nəsimi Rayonu, Vladislav Plotnikov, ev 14, m. 1 ünvanında yerləşir.