Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanası “İnzibati binada cari təmir işlərinin aparılması (61 adda)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Finacco” MMC. Şirkətlə 245 min 266 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun 128 min 560 manat dəyərindəki “Tikili və avadanlıqların cari təmiri” (20.10.2022) tenderini qazanıb.