Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələri üçün elan etdiyi daha bir tenderin nəticələri məlum oldu.
FED.az xəbər verir ki, tenderin qalibi "İnterenerqo" Müəssisəsi olub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi” "İnterenerqo" Müəssisəsi ilə 4 milyon 84 min 789 manat məbləğində müqavilə bağlayıb.