Dövlət Gömrük Komitəsi “Dövlət Gömrük Komitəsinin məlumat mərkəzlərində server, saxlanc avadanlıqlarının və şəbəkə infrastrukturunun aktiv-passiv olaraq qurulması xidmətlərinin, təhlükəsizlik həlləri, həmçinin proqram təminatı və lisenziyaların satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 25 milyon dəyərində 2 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dövlət Gömrük Komitəsindən - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “B2B Group” MMC olub.
Qalib şirkətlə 12 037 631 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “B2B Group” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramal Bəşirov Bəşir oğludur. Hüquqi ünvanı AZ1130, Bakı Şəhəri Binəqədi Rayonu, M.Rəsulzadə Ştq, Qəzənfər Musabəyov (Rəsulzadə qəs.), ev 91 ünvanında yerləşir.