“Azərbaycan Dəmir Yolları” QSC ““Azərbaycan Dəmir Yollarının rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində “Microsoft” məhsullarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Buz Tech” MMC olub.
Şirkətlə 1 730 975 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 1 600 ədəd Windows Pro 11 (lifetime), enterprise və 3 000 ədəd Office O 365 E3, enterprise satın alınacaq.