Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Ofis sahəsinin icarəsinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib fiziki şəxs Emil Vidadi Oğlu Orucov olub. Onunla 318 min 622.07 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki. ofis sahəsinin icarəsi 12 aylıqdır. Ofis sahəsinə minimum tələblər: Mətbəx 2 otaq, Yeməkxana - 1otaq, Arxiv - sənəd rəfləri 1 otaq, İş otağı - 17 otaq, Qəbul üçün foye - 1 foye, Qarderob -2 otaq, Ümumi sanitar qovşaq - 2 ədəd, AKT zalı- 1otaq, iclas zalı 1 otaq Rəhbər otaqları - iş otağı - 8 otaq, istirahət otağı - 1 otaq Ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 2000 m2 olmaldır.
Onunla bundan əvvəl də agentlik tərəfindən 289 min 872 manat məbləğində “İcarə xidmətinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (14.11.2020)