İpoteka və Kredit Zəmanət Fondu tikinti obyektinin layihələşdirilməsi işləri üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 18.02.2022-ci il saat 10:00-a kimidir. Tenderdə iştirak haqqı 100 manatdır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün ərizə - skan surət əlavə edilsin;
İddiaçının Qanunla müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam və ya müvafiq halları təsdiq edən sənədlər - skan surət əlavə edilsin;
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar (Əsas şərtlər toplusuna 2 nömrəli Əlavə) - skan surət əlavə edilsin;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar - skan surət əlavə edilsin;
Bank rekvizitləri - skan surət əlavə edilsin;
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - skan surət əlavə edilsin;
İddiaçının bənzər layihələr üzrə iş təcrübəsi olduğunu təsdiq edən sənədlərin surətləri - skan surət əlavə edilsin;
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr) - skan surət əlavə edilsin;
Lisenziya - skan surət əlavə edilsin;
VÖEN - skan surət əlavə edilsin;
Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış - skan surət əlavə edilsin;
Nizamnamə - skan surət əlavə edilsin.
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 20 bal
İşlərin keyfiyyəti 10 - skan surət əlavə edilsin
İşlər üzrə şərtlər 10 - skan surət əlavə edilsin
Qiymət təklifi: 80 bal
Tender təklifinin təminatının qüvvədə olma müddəti - tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir.
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir. Tender təklifinin qiymətinin təsviri - 80
Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifli Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
İddiaçılar tender təklifini və təklifin təminatını 28 fevral 2022-ci il saat 18.00-dək möhürlənmiş, imzalanmış və elektron formada dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yerləşdirməli, təklifin təminatının əsli isə qapalı zərfdə üzərində hansı satınalmada iştirak üçün verilməsi və “Satınalma təklifinin bank zəmanəti” ifadəsi qeyd olunmaqla Satınalan təşkilatın Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Tender təkliflinin qüvvədə olma müddəti 20 aprel 2022-ci il tarixinədək olmalıdır. İddiaçının tender təklifində qiymət dəyəri AZN-lə göstərilməlidir. Hər bir iddiaçı təklifinin təminatını verməlidir. Təklifin təminatı onun qiymətinin 1%-i məbləğində Əsas şərtlər toplusuna 3 nömrəli Əlavədə göstərilən bank zəmanəti formasında təqdim olunmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti 07 iyun 2022-ci il tarixinədək olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Adil Sadıqov Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi
[email protected] (+99412) 441-24-23 (daxili 226)
Orxan Oruclu Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin mütəxəssisi
(+99412) 441-24-23 (daxili 230)