Dövlət Sərhəd Xidməti (DSX) əşya-geyim əmlaklarının satın alınması və camaşırxana avadanlıqlarının təmiri işlərinin satınalınması məqsədilə tender elan edir.
FED.az xəbər verir ki, tender 8 (səkkiz) lot üzrə keçirilir:
LOT 1. Gündəlik geyimlər - 350 manat
LOT 2. Orkestr heyəti üçün mərasim geyimləri - 100 manat
LOT 3. Kəmərlər - 400 manat
LOT 4. İplik əl-üz dəsmalı - 400 manat
LOT 5. Yay tuflisi (qadın hərbi qulluqçular və matroslar üçün) və rezin çəkmələr - 350 manat
LOT 6. İdman geyimləri və ləvazimatları - 400 manat
LOT 7. Xüsusi geyimlər - 200 manat
LOT 8. Camaşırxana avadanlıqlarının təmiri işləri - 70 manat
Tender proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, https://www/etender.gov.az dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Əlaqə telefonu: (012) 498-01-36
Əlaqələndirici şəxs: Tender Komissiyası ( [email protected])