Tenderlər

Dövlət qurumu böyük məbləğdə - MEBEL, GEYİM VƏ YATAQ DƏSTİ ALIR

Dövlət qurumu böyük məbləğdə - MEBEL, GEYİM VƏ YATAQ DƏSTİ ALIR | FED.az
13:01 4 Fev 2020

Daxili Qoşunlar Baş İdarəsi tender elan edir.

Eləcə də bax: Dövlət qurumu geyimlər alır - TENDER

FED.az xəbər verir ki, idarə 2020-ci il üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər alır. Tender aşağıdakı lotlar üzrə keçirilir.

Lot 1: Qəhvəyi rəngli qaragüldən və süni xəzdən qulaqlı papaq, göy rəngli yay və qəhvəyi rəngli qış hospital kostyumları, baş zabit heyəti üçün kamuflyaj rəngli yay və qış səhra furajkası, yataq torbası, zoğalı rəngli beret

İştirak haqqı: 150 AZN

Lot 2: Zeytun rəngli qadın üçün qış paltosu, zabit heyəti və qadın üçün demisezon palto, yay kiteli və şalvarı, yay kiteli və tumanı, demisezon gödəkcə və şalvar, gödəkcə və tuman, kursant üçün yay şalvarı, qış kiteli və şalvarı, demisezon gödəkcə və şalvarı

İştirak haqqı: 300 AZN

Lot 3: Kamuflyaj rəngli istiləşdirilmiş səhra gödəkcəsi, yay və qış səhra kostyumları furajka ilə

İştirak haqqı: 500 AZN

Lot 4: Kişi və qadın üçün bej rəngli qısaqol və uzunqol köynək, qadın üçün ağ rəngli uzunqol köynək

İştirak haqqı: 150 AZN

Lot 5: Akril ədyal və pambıq balış

İştirak haqqı: 150 AZN

Lot 6: Ağ rəngli tibb xalatı və qalpağı, qısaqol gödəkçə, aşpaz qalpağı, gödəkçəsi, şalvarı və önlüyü, ağ rəngli gödəkçə

İştirak haqqı: 20 AZN

Lot 7: Uzunboğaz botinka və rezin çəkmə

İştirak haqqı: 300 AZN

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Qəzənfər Musabəyov 4 (Əlaqələndirici şəxs : ELŞAD ƏLİYEV telefon : +994125699510) ünvanından ala bilərlər.

Digər xəbərlər