"İnnovasiya Və Təchizat Mərkəzi" PHŞ (VÖEN – 1300242201) xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması məqsədilə ümumi dəyəri 10 943 590 manat olan iki açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar aşağıdakı kimidir:
-
Dərman vasitələrinin (peritoneal və tarazlıq dializ ləvazimatları) satın alınması: Ehtimal olunan qiymət 10 560 090 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 1 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq. İştirak haqqı 1 584 manatdır.
-
Dərman vasitəsinin (elektrolitlər) satın alınması: Ehtimal olunan qiymət 383 500 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq. İştirak haqqı 350 manatdır.
Tenderlər 5 fevral 2026-cı il tarixində dərc edilib.
İstifadə haqqı hər bir tender üçün 25 manatdır.
Əlaqələndirici şəxs:Əhmədağa Salayev -Baş məsləhətçi
[email protected]
+994 12 310 17 70
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhər, Xocahəsən şösesi ünvanına təqdim edə bilərlər.











