Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC “Mərkəzi elektron informasiya sistemi, elektron sənəd dövriyyəsi altsistemi, məlumatların analiz edilməsi və vizuallaşdırılması sistemi üçün 1 (bir) illik lisenziyanın satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” MMColub.
Şirkətlə müvafiq olaraq tender üzrə 266 min 680manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 295 min manat məbləğindəki “Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışı üzrə informasiya sisteminin qurulması işlərinin satın alınması” üzrə müqavilə bağlanılıb (09.12.2022)