"Aqrar Tədarük cə Təchizat" ASC Yeni il yarmarkalarının təşkili ilə bağlı tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2022-ci ilin (Yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 20-30 dekabr2021-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satınalınması üzrə tender elan edir.
Tenderdə iştirak haqqı 150 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Qeyd edək ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 19.11.2021-ci il saat 11:00 - a kimidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
(01.10.2021-ci il tarixindən sonrakı tarixə alınmış arayışı təqdim edilməlidir);
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
2020-ci il
Maliyyə vəziyyəti haqqında bank arayışı
(01.10.2021-ci il tarixindən sonrakı tarixə alınmış bank arayışı təqdim edilməlidir);
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(01.10.2021-ci il tarixindən sonrakı tarixə alınmış arayışı təqdim edilməlidir);
Nizamnamə
Mütləqdir.
Qeydiyyatdan keçdiyi ölkə
Mütləqdir.
Rekvizitlər
Mütləqdir.
Mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderdə iştirak edə bilməz)
Mütləqdir.
İxtisas göstəriciləri:
Görüləcək işlərin icrası barədə ƏŞT-da qeyd edilmiş vaxt limiti çərçivəsində yəni dekabrın 10-dan 15-nə kimi iş həcmi cədvəlində müvafiq bənd üzrə icrası ilə bağlı görüləcək işlərin İcra planı təqdim edilməlidir.
Qeyd edilmiş proseslər üçün mətn
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 0 bal
Qiymət təklifi:: 100 bal
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qiymətinin təsviri
100
Bütün vergi və rüsumlar daxil olmaqla
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Bağlanılacaq satınalma müqaviləsinin məbləği müvafiq məbləğdən (100 000 ABŞ dolları) az olarsa nəzərdə tutulmur, əks halda 2 % nəzərdə tutulur.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Kazım Hüseynov | Baş mütəxəssis | [email protected] | 0125998674 |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.