Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi agentliyi kotirovka sorğusu üsulu ilə satınalma həyata keçirir.
FED.az xəbər verir ki, DOST agentliyi ümumi istifadəsində olan nəqliyyat vasitələrinin yuyulması işlərini alır.
Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 01 oktyabr 2020-ci il saat 15:00-dək agentliyin Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, 86 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır.
Zərflər 01 oktyabr 2020-ci il saat 17:00-da həmin ünvanda açılacaqdır.
Maraqlananlar müvafiq məlumatları DOST Agentliyinin AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.
Telefon: 012 525-50-27, [email protected]