Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tenderlərinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderləri "Azərmaş Group" MMC və "Caspian House" MMC qazanıb.
Qurum "Azərmaş Group" MMC-yə 4 ədəd tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması üçün 288 min manat, 4 ədəd yüksək keçicilik qabiliyyətli yük-sərnişin tipli nəqliyyat vasitələrinin satın alınması üçün 136,8 min manat ödəyəcək.
İdarə həmçinin, "Caspian House" MMC-yə 8 ədəd yüksək keçicilik qabiliyyətli universal tipli minik avtomobillərinin satın alınması üçün 154,4 min manat ödəyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tenderlərə ümumilikdə 579,2 min manat xərcləyəcək.