“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” yeni nəqliyyat vasitələri alıb.
SHXÇDX 996 minə avtomobillər və avtobuslar aldı - DETALLAR
FED.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən avtomobil parkının yenilənməsi məqsədilə keçirilmiş tenderə yekun vurulub.
Satınalma müsabiqəsinin qalibi "Auto Azərbaycan" MMC olub.
Tender çərçivəsində ümumi dəyəri 193.775 AZN olmaqla 5 ədəd avtonəqliyyat vasitəsi alınıb. Bu da hər avtomobilin təxmini olaraq 38.755 AZN-ə başa gəldiyini göstərir.