FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi Publik Hüquqi Şəxs “Sedan” tipli avtonəqliyyat vasitəsinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Lot- 1. “Sedan” tipli avtonəqliyyat vasitəsinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvadan (telefon: (012) 598-42-19), əlaqələndirici şəxs Günay Məhərrəmovadan ala bilərlər.
İştirak haqqı 200 manatdır.
Hh: AZ16AZRT38050019440033581003
VÖEN: 1201884591
Bank: “Azər-Türk Bank” ASC-nin Bakı filialı
Kod: 504476
VÖEN: 9900006111
M/h: AZ02NABZ 01350100000000022944
S.W.İ.F.T: BIK AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 noyabr 2018-ci il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 dekabr 2018-ci il saat 15.00 -a qədər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs Günay Məhərrəmova, telefon: (012) 598-42-19.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 6 dekabr 2018-ci il saat 10.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılacaqdır.
Dövlət qurumu avtomobil allır – TENDER ELANI
13:59
20 Okt 2018