FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına asan login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-çatdırılma müddəti, zəmanət, texniki göstəricilərə uyğunluq və iddiaçının maliyyə təklifi.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 300 manatdır.
Hh- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank”ASC-nin Qusar rayon filialı
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T- AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 26-cı səhifəsində) ;
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 30-cu səhifəsində) ;
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müqavilənin yerinə yetirilməsi təminatı – 2 faiz (iddiaçının təklifi 100 000 ABŞ dolları manat ekvivalentindən çox olarsa).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün tələb oluan sənədləri 15 oktyabr 2019-cu il saat 17.00 -a , tender təklifi və bank təminatını isə 24 oktyabr 2019-cu il saat 17.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 oktyabr 2019-cu il saat 16.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.