Təhsil Tələbə Krediti Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Təhsil Tələbə Krediti Fondu üçün 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü il üzrə Təhsil Tələbə Krediti Fondunun maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditi, maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunun yoxlanılması və müstəqil audit rəyinin verilməsi xidmətləri satı alınacaq.
Müsabiqədə iştirak haqqı 57 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1505569581
Satınalan təşkilatın ünvanı: Bаkı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 34 (Aff Biznes Mərkəzi)
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 15.01.2024 17:07
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.02.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 08.02.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Aysel Həsənova, Hüquqşünas
Email : [email protected]
Əlaqə telefonu : (012)5991202-230